15 
Dek
2019
09:21
44
177
7461
Virtual karabakh

Bakıda və Gəncədə kafelər yandı

15 Dek, 2019
09:21
7461

Bakıda və Gəncədə kafelər yandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və Gəncədə kafelərdə yanğın olub. 

FHN-dən Oxu.Az-a verilən məlumata görə, hadisələrdən biri Gəncə şəhərinin Nizami rayonunda baş verib.  

Belə ki, dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.  

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Digər hadisə isə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.  

Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.  

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri