15 
Dek
2019
10:35
27
174
3297
Virtual karabakh

Abşeronda kənddən əl qumbarası tapıldı - FOTO

15 Dek, 2019
10:35
3297

Abşeronda kənddən əl qumbarası tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda əl qumbarası tapılıb. 

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, 2019-cu il 14 Dekabr tarixində saat 23:01-də Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən Agentliyə Abşeron rayonu, Məmmədli kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.  

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd “F1” əl qumbarası və bir ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının və partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri