16 
Dek
2019
16:34
141
24
2899
Virtual karabakh

Abşeronda əmisini öldürüb evini yandıran şəxsə ağır cəza verildi

16 Dek, 2019
16:34
2899

Abşeronda əmisini öldürüb evini yandıran şəxsə ağır cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb izi itirmək üçün evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, M.Şıxməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 8-də “Gənclər Şəhərciyi” yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında baş verib. Həmin mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı ölən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyysində sınıq xəsarətləri var.

Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38 ünvanında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.

Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib:

“Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxarıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində, öldürmək planım olmayıb”.

O, əmisini ölümcül döydüyünü də bildirib:

“Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb oradan uzaqlaşdım”.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri