24 
Dek
2019
10:29
58
36
1807
Virtual karabakh

Azərbaycanda ilk dəfə yaşlılar üçün “Üçüncü Bahar” festivalı keçirildi - FOTO

24 Dek, 2019
10:29
1807

Azərbaycanda ilk dəfə yaşlılar üçün “Üçüncü Bahar” festivalı keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20-21 dekabr tarixlərində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Üçüncü Bahar” layihəsi tərəfindən Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib.

Festivalın ilk günü yaşlı insanların  iştirakı ilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində “poeziya saatı”, “musiqili dəqiqələr” adlı silsilə tədbirlər keçirilib, təqaüdçülərin hekayələri dinlənilib.

Festivalın ikinci günü - dekabrın 21-də  Bakı şəhərində davam edib. İki hissədən ibarət olan proqramın birinci hissəsi ustad dərsləri və sərgiyə, ikinci hissəsi isə festivalın bağlanış proqramına həsr edilib.

Nizami Kino Mərkəzində baş tutan festivalın birinci hissəsində iştirakçılar masaüstü oyunlar, ustad dərslərində maraqla iştirak ediblər. Daha sonra  qonaqlar “Üçüncü Bahar” üzvləri tərəfindən hazrlanan əl işlərinin nümayiş olunduğu sərgi güşəsi ilə tanış olublar.

Proqramın ikinci hissəsi “Üçüncü Bahar” təşkilatının 3 illik fəaliyyəti haqqında video çarxın nümayişi ilə başlanıb. Daha sonra festivalın ilk günü haqqında video çarx təqdim edilib, “Yaşlılardan ibarət xor kollektivinin” ifası dinlənilib, “Nəsillərarası dialoq” səhnəciyi nümayiş edilib. Tədbir yaşlı və gənc nəslin nümayəndələrinin “Hər şey gözəldir həyatda” mahnısı əsasında vals rəqsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Üçüncü Bahar”  layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. 

Layihə çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri