26 
Dek
2019
11:00
58
48
1627
Virtual karabakh

“McDonald’s Azərbaycan” müştərilərin dəstəyilə “Xoş anlarla birlikdə” xeyriyyə tədbiri keçirdi - FOTO

26 Dek, 2019
11:00
1627

“McDonald’s Azərbaycan” müştərilərin dəstəyilə “Xoş anlarla birlikdə” xeyriyyə tədbiri keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər bir insanın arzusudur ki, xoşbəxt olsun. Sevinc dolu dəqiqələr, xoş anlar keçirmək hər birimizin haqqıdır. 

Biz həyatımızı mümkün qədər xoş keçirmək üçün çalışır və bir çox hallarda buna nail oluruq.

Yəqin  hamımız razılaşarıq ki, uşaqlara bu məsələdə daha çox dəstək olmaq lazımdır. Onların yaşı az, imkanları isə məhdud olduğundan xoşbəxt olmaqları üçün biz onlara daha çox diqqət ayırmalıyıq.

Kimsəsiz, fiziki məhdudiyyəti olan uşaqlara isə bu, xüsusilə lazımdır. Axı onların daha çox ehtiyacı var ki, həyatlarında xoş anlarla dolu zamanlar çox olsun. Valideyn qayğısından məhrum, fiziki cəhətdən zəif uşaqlara dəstək olmaqla biz cəmiyyətə daha çox fayda vermiş  olarıq.

Bunu edən insanlara daha çox alqış düşür. Azərbaycan xalqı həmişə xeyriyyə məqsədilə sosial fəaliyyətə böyük önəm verməsi ilə seçilib. 

Sevindirici haldır ki, bu ənənə indi də davam edir. “McDonald’s Azərbaycan” müştərilərin dəstəyi ilə bu işdə təqdirəlayiq fəaliyyəti ilə hər zaman seçilib. Mütəmadi olaraq xeyriyyə aksiyaları təşkil edən, oradan yığılan ianələrlə uşaqlara dəstək olan “McDonald’s Azərbaycan” 1-20 noyabr 2019-cu il tarixlərində daha bir nümunəvi işə imza atıb.

“Xoş anlarla birlikdə” xeyriyyə aksiyası çərçivəsində xüsusi suvenir maqnitlər və “ürək” stikerləri və 20 Noyabr tarixində böyük Frenç Frayz kartofunun satışından  toplanan 16450 AZN vəsait UAFA(Azərbaycana Birgə Yardım Təşkilatı) tərəfindən Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılacaq İnklüziv Məktəbəqədər Təhsil müəssisələrinə xeyriyyə məqsədi ilə xərclənəcəkdir. 

“McDonald’s Azərbaycan” artıq ənənəyə çevrilən xeyriyyə aksiyalarından öz yardımını əsirgəməyən bütün müştərilərə təşəkkürünü bildirir. İnanırıq ki, uşaqların üzündə daha çox təbəssüm, gözlərində isə daha çox sevinc yaranacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri