26 
Dek
2019
17:31
152
143
3030
Virtual karabakh

Bakıda yəhudilərin “Xanuka” bayramı münasibətilə tədbir keçirilib - FOTO

26 Dek, 2019
17:31
3030

Bakıda yəhudilərin “Xanuka” bayramı münasibətilə tədbir keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 26-da Bakıdakı 46 saylı orta məktəbdə “Xanuka” bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bayramın tarixi haqqında məlumat verən ravin və yəhudi siniflərinin koordinatoru Zamir İsayev bildirib ki, “Xanuka”nın tarixi yəhudilərin “Makkavi” üsyanı rəvayəti ilə bağlıdır.

Səkkizgünlük bayram yəhudi təqviminə əsasən, noyabr və ya dekabr aylarında qeyd olunur. O, həmçinin bayramın adət-ənənələrindən danışıb.

Amerika Yəhudiləri Yardım Təşkilatının sədri Rav Şmuel Simantov “Xanuka” bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 46 saylı məktəbdə yəhudi uşaqların təhsili üçün yaradılan şəraitə görə, minnətdarlığını ifadə edib.

Daha sonra İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxış edərək bildirib ki, yəhudi xalqının qədim bayramı “Xanuka”nın Azərbaycanda yüksək səviyyədə keçirildiyini məmnunluqla qeyd edib. Səfir əlavə edib ki, tədbirin keçirilməsi Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bir daha təsdiqləyir.

“Azərbaycana yeni gəlməyimə baxmayaraq, burada müxtəlif dinlərə və mədəniyyətlərə malik insanların azad yaşadığının şahidiyəm. Azərbaycan dövləti tərəfindən tolerant siyasət yürüdülür, ölkədə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradılır”,- deyə səfir vurğulayıb.

Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən səfir fəaliyyəti dövründə Azərbaycan və İsrail arasında əməkdaşlığın inkişafı üçün çalışacağını qeyd edib.

Sonra 46 saylı məktəbin direktoru Sevinc Budaqova İsrail hökumətinin xüsusi mükafatı ilə təltif olunub.

Tədbir məktəbin yəhudi təmayülünün şagirdlərinin hazırladığı bədii hissə ilə davam etdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri