Yan
2020
15:25
16
368
4572
Virtual karabakh

“Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir - FOTO

1 Yan, 2020
15:25
4572

“Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir.

Bu barədə Oxu.Az-a oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, yaşları təxminən 30-50 arasında 40-50 ağac kəsilib.

Xatırladaq ki, “Luna Park” 1990-2000-ci illərin əvvəllərində ən çox istifadə olunan istirahət yerlərindən biri idi. Əvvəllər bura “Nizami İstirahət Parkı” kimi tanınırdı. Sonra orada müxtəlif attraksionlar quraşdırıldı və park əyləncə mərkəzinə çevrildi.

Zamanla “Luna Park” çox sayda ticarət mərkəzindəki əyləncə mərkəzlərinə rəqabətdə uduzdu. Bir neçə il əvvəl isə park təmir üçün bağlandı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri