Yan
2020
15:16
24
180
3270
Virtual karabakh

“Luna Park”da ağacların kəsilməsinə dair məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ / FOTO+VİDEO

2 Yan, 2020
15:16
3270

“Luna Park”da ağacların kəsilməsinə dair məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ / FOTO+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Luna Park”ın ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan məlumata rəsmi münasibət bildirib.

Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Əlişah Rəcəbov Oxu.Az-a açıqlamasında bildirib ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir:

“Daxil olan məlumat əsasında nazirlik əməkdaşları tərəfindən köhnə “Luna Park” ərazisinə baxış keçirilib. Ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı yayılan məlumatların yanlış olduğu ortaya çıxıb.

Əraziyə baxış keçirilən zaman yaşıllıq sahədə ağaclara aqrotexniki qulluq göstərildiyi, bioloji inkişafdan qalmış bir neçə qurumuş və aşmış ​ağacın müvafiq təşkilatlar tərəfindən götürülərək yerinə xan çinarı, sərv və eldar şamının əkildiyi məlum olub”.

​Ə.Rəcəbov son olaraq qeyd edib ki, hazırda ərazidə abadlıq işləri aparılır və yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı xəbərlər dərc olunub.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri