Yan
2020
14:58
23
164
5795
Virtual karabakh

Bakıdan İstanbula gedən təyyarə Ankaraya eniş etdi - YENİLƏNİB

7 Yan, 2020
14:58
5795

Bakıdan İstanbula gedən təyyarə Ankaraya eniş etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan İstanbula yola düşən, lakin Sabiha Gökçen Hava limanında baş verən qəza ilə əlaqədar Ankaranın Esenboğa hava limanına təcili eniş edən təyyarə saat 14:00-da İstanbulun yeni hava limanına yola düşüb.

Oxu.Az xəbər verir ki, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər avtobuslar vasitəsilə İstanbulun yeni hava limanına çatdırılıblar və yola düşməyə hazırlaşırlar.

12:22

Bakıdan havaya qalxan təyyarə Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar Ankara hava limanına eniş edib.

“Buta Airways”in J2-9103 nömrəli reysi ilə uçuş həyata keçirən hava gəmisinin kapitanı enişlə bağlı qərar qəbul edib.

Oxu.Az-ın məlumatına görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib. 

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Qeyd edək ki, bu gün İstanbulun Sabiha Gökçen hava limanında qəza baş verib. Bu səbəbdən 15:00-dək bütün uçuşlar təxirə salınıb. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri