Yan
2020
22:55
17
324
6752
Virtual karabakh

Bakıda oğru dəstəsi “iş başında”: Evləri soyur, iz itirmək üçün yandırırlar - VİDEO

7 Yan, 2020
22:55
6752

Bakıda oğru dəstəsi “iş başında”: Evləri soyur, iz itirmək üçün yandırırlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2 gün əvvəl Binəqədi rayonu Əliheydər Qarayev küçəsində evi qarət olunaraq daha sonra yandırılan 4 nəfərlik ailə çöldə qalıb.

Ailə başçısı Qalib Məmmədov bildirir ki, hadisə axşam saat 20:00 radələrində baş verib. Həmin vaxt ailə üzvləri evdə olmayıblar. Dörd otaqlı evə daxil olan oğrular daşına biləcək əşyaları çıxarandan sonra evi yandırıblar.

Oğurluq zamanı həmçinin 5 min manat pul və qızıl əşyaları da götürülüb. Əlacsız qalan ailə isə hazırda qohumlarının evlərində qalırlar.

Qonşuların sözlərinə görə, baş vermiş hadisə ilk deyil. Belə ki, sözügedən ərazidə bundan əvvəl də bu cür hallar baş verib, ancaq cinayətkarları yaxalamaq mümkün olmayıb.

Məsələ ilə bağlı Binəqədi rayon polis idarəsindən münasibət öyrənmək istəsək də, yarım saatdan çox idarədə gözləməyimizə baxmayaraq suallarımıza cavab verən tapılmadı.

Sail Ağasəlim

Elgün Hümbətov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri