Yan
2020
22:26
29
252
9650
Virtual karabakh

İçki məclisindən sonra ölən iki kişinin meyiti beş gün sonra Sumqayıtda yataqxanadan tapıldı

8 Yan, 2020
22:26
9650

İçki məclisindən sonra ölən iki kişinin meyiti beş gün sonra Sumqayıtda yataqxanadan tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən iki meyit tapılıb.   

APA-nın yerli bürosunun məlumatına görə, yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər.  

Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə iki nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub.  

Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Ölən şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub. 

Meyitlərə keçirilən baxış zamanı onların çürüdüyü və hadisənin beş gün bundan qabaq baş verdiyi istisna olunmur. 

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil. 

Meyitlər aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri