13 
Yan
2020
20:07
206
62
8196
Virtual karabakh

Rəsmi qurumlar Xatirə İslamın şikayətçi olduğu yolla bağlı söz verdilər - VİDEO

13 Yan, 2020
20:07
8196

Rəsmi qurumlar Xatirə İslamın şikayətçi olduğu yolla bağlı söz verdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xatirə İslam Binəqədi rayonu Novxanı-Goradil yolunun bərbad vəziyyətdə olması barədə ötən gün sosial şəbəkələr vasitəsi ilə paylaşım edərək aidiyyəti qurumları problemlə maraqlanmağa çağırıb.

Baku TV-nin əməkdaşları yayılan videodan sonra vəziyyətlə yerində tanış olmaq üçün əraziyə yollanıblar. Burada yaşayan sakinlərlə söhbətdən sonra aydın olub ki, sözügedən yol uzun illər bərbad vəziyyətdə olub. Ötən ilin yay aylarında yolun kənarında yerləşən su kanalında aparılan təmir işlərindən sonra isə yol tamamilə yararsız hala düşərək, həm avtomobillər, həm də piyadalar üçün keçilməz olub.

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi rayon İcra Hakimiyyətinin balansındadır. Yolun, bərbad vəziyyətdə olmasına da onlar cavabdehdirlər.

Məsələni aydınlaşdırmaq üçün Binəqədi rayon icra hakimiyyətinə yollandıq. Burada isə İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Kənan Kərimov suallarımıza telefon vasitəsilə cavab verdi. İcra nümayəndəsi bildirdi ki, həmin yol Azərbaycan Melarasiya və Su təsərrüfatı ASC-nin apardığı təmir işləri nəticəsində dağıdılıb. Söz verilib ki, işlər tamamlandıqdan sonra qısa zamanda yol təmir olunacaq.

Sail Ağasəlim

Vasif Miradəmoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri