14 
Yan
2020
13:09
14
178
3389
Virtual karabakh

Mingəçevirdə mikroavtobus aşdı: Yaralılar var - YENİLƏNİB + FOTO

Mingəçevirdə mikroavtobusla minik maşını toqquşub.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı adlandırılan ərazisinin yaxınlığında baş verib. 

Qəza nəticəsində mikroavtobus aşıb və üç nəfər sərnişin xəsarət alıb. 

Qəza ilə bağlı TƏBİB-in mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, yaralıların vəziyyəti yaxşıdır.

Xəsarət alan üç nəfər xanıma ilkin tibbi yardım göstərilib. Müayinədən sonra onlar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

11:51

Mingəçevirdə mikroavtobus aşıb.

APA xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb.

“Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub.

Toqquşmanın təsirindən mikroavtobus aşıb.  

Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri