14 
Yan
2020
17:28
20
324
4821
Virtual karabakh

Azərbaycanda uşaq anası tərəfindən vəhşicəsinə döyülüb? - VİDEO

14 Yan, 2020
17:28
4821

Azərbaycanda uşaq anası tərəfindən vəhşicəsinə döyülüb? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyat yoldaşımın psixologiyası normal deyil. Zəng edir ata-anasına. Polis çağırır üstümə. Onun da ailəsinin də bir az psixoloji problemləri var.

Bu sözləri uşaqlarının 41 yaşlı həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edən üç uşaq atası, 53 yaşlı Elşad “Gəl Dərdini Danış” adlı verilişdə deyib. O bildirib ki, uşaqlarını beş aydır görə bilmir:

“Üç ilə yaxındır ki, bu hadisələr davam edir. Bütün bunlara səbəb yoldaşımın ata və anasıdır. Yoldaşım onların təsiri altında qalır. Böyük oğlum Əli ikinci sinifdə, Məhəmməd birinci sinifdə oxuyur, İbrahimin isə dörd yaşı tamam olmayıb.

Ayın 16-da son məhkəməmiz olacaq. Mən uşaqlarımın o insanlarda qalmasının tam əleyhinəyəm. Mənim uşaqlarım o ailədə qalsa onların bütün həyatı, gələcəyi məhv olacaq. 9-10 ilə yaxındır ailəliyəm artıq onların necə bir insanlar olduğunu gördüm. Beş ay ərzində iki dəfə məktəblərinin qarşısına getdim. Uşaqları cırıq ayaqqabı, səliqəsiz üst-baş içində gördüm, dəli oldum”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri