14 
Yan
2020
18:52
64
300
10905
Virtual karabakh

Bakıda itkin düşən azyaşlı qız tapıldı - YENİLƏNİB

14 Yan, 2020
18:52
10905

Bakıda itkin düşən azyaşlı qız tapıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda itkin düşən yeniyetmə qız tapılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.  

Onun sözlərinə görə, yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb:  

“Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb”. 

17:13

Bakıda 14 yaşlı qız itkin düşüb.

Oxu.Az xəbər verir ki, yanvar ayının 13-də gecə saat 00:05 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yaşayan 2005-ci il təvəllüdlü Aysel Salahova evindən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri