15 
Yan
2020
14:53
184
13
3955
Virtual karabakh

Yaxşılığa inam: Xərçəngdən qurtulan Səid Ağa Əfəndiyev digərlərinə kömək etmək qərarına gəlib - FOTO

15 Yan, 2020
14:53
3955

Yaxşılığa inam: Xərçəngdən qurtulan Səid Ağa Əfəndiyev digərlərinə kömək etmək qərarına gəlib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqalarının problemlərini özünüzü bənzər vəziyyətdə tapanda daha yaxşı hiss etməyə başlayırsınız.

Belə bir təcrübə iz qoymadan keçmir və əvvəllər etdiyiniz hər şeyə fərqli baxmağa kömək edir.

Və başqalarının xoşbəxtliyi uzaq bir şey kimi görünmür...Xüsusilə Yeni ildə.

Seyid Ağa Əfəndiyev çətin taleyi olan bir insandır. Noyabr ayına qədər 18 ay davam edən bir xərçəng xəstəliyi ilə mübarizə aparıb. Artıq bu ilin yanvar ayında isə uğurlu bir sümük iliyi transplantasiyasından sonra analar və uşaqlar üçün sığınacaqda gənc uşaqlar üçün bir tətil təşkil edərək, xüsusilə ehtiyac duyanlara bir parça yaxşılıq və qayğı göstərməyə çalışıb.

Bunu tam aksiya adlandırmaq çətindir. Çox ehtimal ki, bu ilk xeyriyyə aksiyasını keçirmək üçün həyəcanlı cəhd idi. Əhalinin ən incə qrupu ilə – uşaqlarla bayram əhvalını bölüşmək ideyası vardı. Məqsəd onları yalnız hədiyyələrlə sevindirmək deyildi, həm də onlar üçün faydalı bir şey etmək idi. Buna görə də bir oyuncaq və şirniyyatlarla kifayətlənmədik, qış mövsümündə uşaqların xüsusilə vitaminlərə ehtiyacları olduğu üçün çoxlu meyvə aldıq, həmçinin, əqli inkişaf üçün xeyli tədris vəsaitləri və ləvazimatları aldıq.

- Uğurlarınız necə qiymətləndirilir? Düşündüklərinizə nail ola bildinizmi? Uşaqlar necə reaksiya verdilər?

- Uşaqlar çox şad oldular, hədiyyə paketlərinin içərisinə maraqla baxırdılar, bəziləri oyuncaq və pazllara əhəmiyyət verməyərək, dərhal məmnuniyyətlə şirniyyatları yeməyə başladılar.

Fikirləşirəm ki, əsas məqsədə nail olmuşduq, uşaqlar çox sevinirdilər və təbəssüm uzun müddət onların üzlərindən getmədi.

- Aksiyaya hazırlaşmaq nə qədər çətin idi? Uşaqlara hədiyyələri təqdim edən an nə hiss edirdiniz?

- Bu cür tədbirin keçirilməsinin ilk təcrübə olduğunu nəzərə alaraq, biz bir çox çətinliklərlə üzləşdik. Bu, cinsiyyət və yaş prinsipləri üzrə hədiyyələrin seçimi və vaxt qıtlığı, nəhayət, bu cür tədbirlərin keçirilməsində təcrübənin olmaması idi. Müxtəlif məsələlər və şübhələrdən əziyyət çəkirdik. Birdən hədiyyələr xoşlarına gəlməz? Birdən miqdar məsələsində səhv edərik və kimisə istəmədən kənarda qoyarıq? Uşaqlar indi nə xoşlayırlar (bizim vaxtımızda hər şey başqa cür idi)? Bizim seçimlərimiz onların yaşına uyğudurmu?

Lakin biz sığınacağın kandarından içəri addım atan kimi, bütün suallar buxarlandı. Uşaqların üzlərindəki təbəssüm və sevinc bütün şübhələri yuyub apardı. Hədiyyələrin təqdim edilməsi anı ifadə oluna bilməz, emosiyalar aşıb-daşır, ilk dəfə digərinin xoşbəxt olmasına görə özünü xoşbəxt hiss edirsən.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bir gün başa düşürsən ki, sabahı görməyədə bilərsən, həmin zaman həyat öyrəşdiyin rəngləri itirir. Bu an var-dövlət mənasız olur, lakin xoş xatirələr sənə kömək edir. Başqasının üzündə təbəssüm görmək əsl xoşbəxtlikdir. Mehriban olun və başqalarının həyatına sevinc qatmaq çalışın. Bacardığınız gədər. Когда однажды узнаешь, что можешь и не дожить до завтра, жизнь перестает сиять в привычных красках. Все материальные ценности теряют свое значение и единственное, что согревает в эти минуты- это воспоминания. Улыбка на лице- вот настоящее богатство. Будьте добрее и старайтесь дарить радость другим. Пока можете.

Публикация от Seyid Ağa Əfəndiyev (@afandiyev_s)

- Bu ideyaya nə təkan verdi?

- 2018-ci ildə mən onkoloji xəstəlikdən müalicəyə başladım. Xəstəlik həyata başqa cür baxmağa, dəyərlər sistemini yenidən dərk etməyə məcbur edir. Müalicə keçən ilin dekabr ayının sonunda bitdi. Həmin vaxt onkoloji xstə uşaqları bayram münasibətilə təbrik etmək ideyası yarandı.

Mən şəxsi təcrübəmdən bildim ki, onkoloji xəstə olmaq nə deməkdir, anladım ki, bu cür uşaqlarda möcüzəyə və xeyirxahlığa inam xüsusilə zəruridir. Onları bir az əyləndirmək, gündəlik problemlərdən yayındırmaq, bir parça sevinc bəxş etmək istədik.

Ümid edirdim ki, hekayəm ruh yüksəkliyi üçün yaxşı nümunə olacaq və bayram əhvalı yaradacaq. Lakin təəssüf ki, onkoloji mərkəzin rəhbərliyi ilə razılığa müvəffəq olmadım. Bununla belə, mən məyus olmadım və əl-qolumu sallayıb oturmadım, işi sona çatdırmaq qərarına gəldim. Bu zaman Analar və uşaqlar üçün sığınacaqla rastlaşdım.

- Deməli, xəstəliklə rastlaşdıqdan sonra sizdə digərlərinə kömək etmək fikri yarandı?

- Elə deyil. Həqiqətən, xəstəlik bu cür təşəbbüslərin həyata keçirilməsində mənə mane oldu və dəyərli vaxtımı aldı. İş ondadır ki, hələ tələbəlik vaxtından kifayət qədər aktiv gənc insan olmuşam. RAGT gənclər təşkilatının yanında öz universitetimizin həmyerlilər birliyinin üzvü olmuşam, demək olar ki, birliyin bütün tədbirlərində iştirak etmişəm və hətta ona rəhbərlik etməyi planlaşdırmışam.

Lakin təəssüf ki, bu planlar həyata keçmədi, çünki məni yaxalayan xəstəliyə görə akademik məzuniyyət götürməyə məcbur oldum. Lakin cəmiyyətə fayda vermək arzusu xəstəliyin gedişatında məni tərk etmədi. Və budur, müalicəni bitirib, düşündüklərimə qayıda bildim.

- Maliyyə dəstəyi barədə nə deyə bilərsiniz? Sizə kim kömək etdi?

- Nəzərə alsaq ki, məni heç kim tanımır, öz pullarını heç kim naməlum insana etibar etmək istəməzdi, hər hansı əhəmiyyətli maliyyə dəstəyinə ümid olmaq alınmadı. Əsas hissəni mən öz qüvvəmlə ödədim, kiçik bir köməyi isə qohumlarım göstərdilər.

- Hər şeyi özünüzün etməyiniz çətin deyildimi?

- Özüm nədənsə imtina etməli oldum. Belə deyək, bir-iki dəfə kinoya getmədim və ya bir neçə fincan kofe içmədim. Lakin bütün bunların heç bir mənası yoxdur. Digər insana bir az sevinc bəxş etmək imkanı, bilmək ki, sən onun üzündəki təbəssümün səbəbkarısan – bax bu ən əhəmiyyətlisidir. Və inanın ki, bu hər şeyə dəyər.

- Gələcəkdə bu cür tədbirləri keçirmək haqqında fikirləşirsinizmi? Daha doğrusu, müəyyən planlarınız və məqsədləriniz varmı?

- Bu gün əsas məqsədim öz nümunəmlə başqa insanları ruhlandırmaqdır. Və ümid edirəm ki, keçirilən bu təvazökar aksiya ürəklərdə rəğbətə səbəb olacaq və kiminsə qəlbində xeyirxah iş görmək arzusunu oyadacaq.

Hətta bizim əhəmiyyətsiz hesab etdiyimiz yaxşı əməl digərinin həyatını yaxşılığa doğru dəyişə bilər. Bu dünyada xeyirxahlıq həmişəkindən daha əhəmiyyətlidir və ona inamı itirmək olmaz.

Planlar haqqında danışsaq, mən hələ universitetdə düşündüklərimə – xeyriyyə platformasına qayıtmaq istəyirəm. Lakin bu hələlik arzudur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri