15 
Yan
2020
12:53
140
220
5771
Virtual karabakh

Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaq

15 Yan, 2020
12:53
5771

Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.

Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.

S.Məmmədovun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri, adətən, dövlət büdcəsi hesabına həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri