17 
Yan
2020
09:44
61
183
4385
Virtual karabakh

Rusiyadan 38 azərbaycanlı qovuldu

17 Yan, 2020
09:44
4385

Rusiyadan 38 azərbaycanlı qovuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Sverdlovski vilayətindən ötən il ərzində 38 azərbaycanlı deportasiya olunub.

Ural24.com-un yaydığı xəbərə görə, Yekaterinburq ərazisindən ölkələrinə göndərilən azərbaycanlılar Rusiyanın miqrasiya qanunlarını pozublar.

Ərazidən il ərzində ümumilikdə 2200 qanunsuz miqrant çıxarıldığı bildirilir.

65-nin uşaq olduğu xarici vətəndaşların 1880 nəfəri biletlərini özləri alıb, qalanlarının xərcləri isə Rusiya Federasiyasının büdcəsi hesabına ödənilib.

Rusiya Federasiyasının miqrant qanunlarını pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur, onlar cərimə ödəməklə ölkə ərazisindən çıxarılır və beş il müddətində həmin dövlətə qayıda bilmir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri