17 
Yan
2020
14:28
17
238
2525
Virtual karabakh

Bakıda onlarla ağac kəsilib? - FOTO/VİDEO

17 Yan, 2020
14:28
2525

Bakıda onlarla ağac kəsilib? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ağacların kəsildiyinə dair videogörüntülər yayılıb.

Bu barədə redaksiyamıza məlumat daxil olub.

Məlumatı verən şəxs iddia edir ki, Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsində yerləşən 277 saylı uşaq bağçasının həyətindəki ağaclar kəsilir.

Vətəndaşın sözlərinə görə, özlərini İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxslər sağlam ağacların budaqlarını, bəzilərini isə tamamilə doğrayıb, məhv edirlər.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovla əlaqə saxladıq.

O.Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə ağaclar kəsilməyib:

“277 nömrəli uşaq bağçasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir işləri aparılır. Əraziyə baxan əməkdaşlarla əlaqə saxladıq. Ərazidəki ağaclarda növlərinə və inkişafına uyğun şəkildə aqrotexniki budama işləri görülüb.  

Budama işləri də Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aparılıb. Əməkdaşlarımız ağaclarda yüngül və dərin budama, cavanlaşdırma işləri aparıblar. Ərazidə təxminən 30-40 ağac var. Vətəndaşlar bəzən belə kəskin reaksiya verə bilir, lakin araşdıranda görürük ki, məsələ heç də onların təsvir etdiyi kimi deyil. Ərazidə qanun pozuntusu hesab ediləcək heç bir iş görülməyib”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri