17 
Yan
2020
14:42
234
49
12820
Virtual karabakh

Yanğın nəticəsində evsiz qalan ailə yardım gözləyir - VİDEO

17 Yan, 2020
14:42
12820

Yanğın nəticəsində evsiz qalan ailə yardım gözləyir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə yayılan yanğın nəticəsində evsiz qalan doqquz yaşlı Zeynəbin görüntüləri izləyənləri kədərləndirib. 

Baku TV vəziyyətlə maraqlanmaq üçün Abşeron rayonu Məhəmmədli kəndində yaşayan ailəni ziyarət edib. 

Yanğın dekabrın 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanmadan yaranıb. 

Nəticədə, üç otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb. Yanğın baş verən zaman isə evdə yalnız ailə başçısı Rövşən Əliyev olub. Həyat yoldaşı Tamella Pərvanəyeva və iki qızı isə həmin gün yaxınlarını ziyarət etmək üçün rayona gedib. 

Yanğından sonrakı bir neçə gün ərzində ailə qonşuların evinə sığınıb. Hazırda isə onlar müvəqqəti olaraq yardımsevər insanlardan birinin evində yaşayır. 

Məhəmmədli kənd icra nümayəndəsi Şiraslan Həsənovun dediklərinə görə, həmin ailə diqqətdə saxlanılır. Bu günə kimi onlara müəyyən yardımlar edilib. Evi yenidən tikmək üçün isə onların vəsaiti yoxdur. Yalnız evdə təmir işləri başlayacağı təqdirdə onlara daş, qum və sementlə təmin olunması üçün müəyyən köməklik göstərilə bilər. 

Sail Ağasəlim Elgün Hümbətov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri