17 
Yan
2020
19:38
55
471
21553
Virtual karabakh

Gəncədə “Niva” ağaca çırpıldı, 16 yaşlı oğlan vəfat etdi - VİDEO

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Eminbəyli və Cavad Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. Günorta saatlarında “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb.

Nəticədə sürücü, 16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Maşında olan sərnişin 17 yaşlı Hüseyn Yunisli ağır yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri