18 
Yan
2020
12:41
300
21
3047
Virtual karabakh

Bakıda heroin satışı ilə məşğul olan dörd nəfər tutuldu

18 Yan, 2020
12:41
3047

Bakıda heroin satışı ilə məşğul olan dörd nəfər tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dörd nəfərin üzərindən heroin aşkarlanaraq götürülüb.

Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Böləsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər cinayət məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Allahverdi Hümbətovdan 301 qr heroin, Xəzər RPİ-nin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1996-cı il təvəllüdlü Elvin Fərzəliyevdən 436 qr heroin aşkarlanaraq götürülüb. 

Bundan başqa, bir nəfər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Belə ki, görülən tədbirlər zamanı Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Fazil Cəfərovun üzərindən 321 qr heroin aşkarlanaraq götürülüb. 

Daha bir əməliyyat-axtarış isə Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elgün Qasımzadədən 389 qr heroin aşkarlanaraq götürülüb.

Hər dörd fakt üzrə araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri