18 
Yan
2020
13:18
24
334
10675
Virtual karabakh

Azərbaycanlı aşiq olduğu qadının ərini öldürtdü

18 Yan, 2020
13:18
10675

Azərbaycanlı aşiq olduğu qadının ərini öldürtdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsində azərbaycanlının məhkəməsi olub.

Moika78.ru-nun xəbərinə görə, azərbaycanlı Qabil Əsədov qətl sifariş etməkdə ittiham edilib.

2010-cu illərin əvvəllərində Sankt-Peterburqda baş verən, mediada “restoran müharibəsi” kimi hallanan cinayətdə iştirak edən Qabil Əsədov qətl sifariş etməkdə ittiham olunur.

Bildirilir ki, o, arvadına vurulduğu Özbəkistan vətəndaşını sifarişlə öldürdüb.

Məhkəmədə Q.Əsədov “bizdə belə şey yolverilməzdir”, - deyə heç kimin arvadına göz qoymadığını bildirib.

O, eyni zamanda, mərhumla tanış olduğunu və ona pis heç nə arzulamadığını deyərək ittihamları qəbul etməyib.

Qeyd edək ki, 35 yaşlı özbəyin meyiti arvadı ilə yaşadığı evin qarşısından tapılıb.

Hadisənin şahidi sonradan ifadəsini dəyişərək, həmin şəxsin intihar etdiyini bildirib.

Məhkəmə prosesi davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri