19 
Yan
2020
22:25
10
186
6288
Virtual karabakh

“Azəriqaz” Bakının mərkəzində qazın olmamasının səbəbini açıqladı - FOTO

Bakının Nəsimi rayonunda qaz olmamasının səbəbi bəlli olub.  

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB açıqlama yayıb.  

Bildirilib ki, Nəsimi rayonu Salatın Əsgərova və Səməd Vurğun küçələrinin kəsişməsində yeraltı orta təzyiqli, diametri 377 mm olan qaz kəmərində iki gündür ki, qaz sızmasının aradan qaldırılması üçün “Azəriqaz” İB-i gücləndirilmiş iş rejimində təmir-bərpa işləri aparır.  

Havanın gün ərzində yağıntılı keçməsi də təmir prosesini nisbətən ləngidir. Qazıntı aparılan yerlər yağış suları ilə dolur və kəmər üzərində təmir prosesinin icrası üçün suyun çəkilməsinə zərurət yaranır. 

Buna baxmayaq, bütün əlaqədar qurumlar istirahət günündə də fasiləsiz olaraq iş başındadır.  

Qeyd edək ki, bu gün saat 18:00-da qaz xəttinin təmir olunmuş hissəsi mənbəyə birləşdirilib. Bu müddət ərzində təxminən saat 22:00-dək S.Vurğun, S.Əsgərova, R.Behbudov, S.Rüstəm, Ə.M.Topçubaşov, Bülbül və Mərdanov qardaşları küçələrində bir qrup abonentin qaz təchizatı dayandırılıb.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri