20 
Yan
2020
02:26
10
148
3636
Virtual karabakh

Qayda pozan sürücü qəza törədib - FOTO

20 Yan, 2020
02:26
3636

Qayda pozan sürücü qəza törədib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Neftçilər prospektilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "BMW" markalı avtomobilin sürücüsü Yol hərəkəti nişanının tələbini pozaraq Yusif Səfərov küçəsinə daxil olub.

Yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsi əks yolda gedən "Naz Lifan" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının verdiyi məlumata görə, "BMW" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Ağayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri