20 
Yan
2020
05:48
16
157
4812
Virtual karabakh

Yüksək sürət qəzaya səbəb oldu – YENİLƏNİB + FOTO/VİDEO

20 Yan, 2020
05:48
4812

Yüksək sürət qəzaya səbəb oldu – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yüksək sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Daewoo” markalı avtomobillə toqquşub.

Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Nəsimi rayonu ərazisində Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

03:28

Nəsimi rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib.

Oxu.Az xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində baş verib.

Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Daewoo" markalı avtomobilə, daha sonra işıq dirəyinə və səkidə olan yol ayırıcı dəmirlərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və yol infrastukturuna ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri