20 
Yan
2020
18:34
155
25
3219
Virtual karabakh

20 Yanvar şahidlərin dilində - VİDEO

20 Yan, 2020
18:34
3219

20 Yanvar şahidlərin dilində - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 Yanvar... Bu tarix heç də sadə bir gün deyil. Azadlıq uğrunda mübarizliyi təcəssüm etdirən və müstəqilliyə qovuşmaq uğrunda şəhidlik zirvəsinə qalxmağın bariz nümunəsidir. Gecə-gündüz bilmədən, növbələrlə küçələri, meydanları boş qoymayan bir qəhrəman xalq...

Əslində onlar rus ordusunun şəhərə daxil olacağını bilirdilər. Amma buna rəğmən geri çəkilmədilər. 

Elə Mahir Ağaquliyev kimi. O həmin gün onlarla insana köməklik edib. Qanlı gündə nəinki kişilər həm də qadınlar və uşaqlar da küçələrə axışmışdı. Azadlıq uğrunda mübarizə heç də asan olmayacaqdı. Küçələrə axışan insanlar da artıq bunu anlayırdılar. Həmin gün cərrah kimi çalışan İradə Sadıxovanın sözlərinə görə, o nə qədər xahiş etsə də, rus zabitləri meyitləri çıxarmağa imkan vermirdi. 

Dəhşətli gecəni ayağından və qolundan yaralananan Mübariz İsmayılov isə deyir ki, o zaman “Avropa” otelinin qarşısında xəndək qazılmışdı və yaralanandan sonra özünü ora atır. Yalnız bir neçə saatdan sonra onu ordan çıxarmağa gəliblər. 

30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycanlı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri