20 
Yan
2020
16:07
19
263
6596
Virtual karabakh

Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO

20 Yan, 2020
16:07
6596

Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı rayonu ərazisində ana və üç övladı itkin düşüb.

Bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən (RPŞ)  məlumat verilib.

Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu 18.01.2020-ci ildə tarixində Daxili İşlər Nazirliyinin (DİN) “102”  xidməti zəng mərkəzi sisteminə müraciət edərək yoldaşı və üç övladının itkin düşdüyü barədə məlumat verib. O, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu – təxminən 160 sm, çəkisi – 55-60 kq, qaraşındır, arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli  gödəkcə, qara rəngli ətək, ayağında alçaqdaban qız çəkməsi olub.

Nurcan İsayevanın əlamətləri: boyu – təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkcə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu – təxminən 0,80 m, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən  DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (+994 23 315 01 31 və ya +994 55 366 33 54 nömrəsinə) məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri