20 
Yan
2020
20:14
65
293
8828
Virtual karabakh

Binə qəsəbəsindən şikayət: Gölməçəyə dönmüş yollar, zibil problemi - FOTO

20 Yan, 2020
20:14
8828

Binə qəsəbəsindən şikayət: Gölməçəyə dönmüş yollar, zibil problemi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yollar bərbad vəziyyətdədir. Nəqliyyat vasitələri belə yolda çətinliklə hərəkət edir.

Oxu.Az xəbər verir ki, bu barədə Binə qəsəbəsində yaşayan sakinlərdən biri paylaşım edib. Söhbət köhnə Binə bazarına gedən,146 nömrəli sərnişin avtobusunun hərəkət etdiyi yoldur.

Şikayətçinin sözlərinə görə, Binə qəsəbəsində demək olar ki, bütün yollar bu vəziyyətdədir:

“Hətta, yeni salınmış Ə.İsazadə küçəsində yağış yağan kimi gölməçələr əmələ gəlir. Bir az yağış yağandan sonra piyada keçidlərini keçmək mümkün deyil.

Sözügedən yoldan bir qədər irəli, sol tərəfdə “Ümid” uşaq evi yerləşir. Aidiyyəti qurumlardan bu məsələ ilə maraqlanmalarını xahiş edirəm. Bu balıq gölünə dönmüş küçələrlə uşaq evindəki uşaqlara hansı gələcəyi vəd edirik? Nə vaxta kimi belə davam edəcək?”

Sakinin sözlərinə görə, qonşular yığılıb öz hesabına küçələrə qum tökürlər.

Bundan başqa iddia olunur ki, hər cümə günü Bələdiyyənin təşkil etdiyi zibil maşını küçə qapılarına qoyulan zibil kisələrini götürmək üçün hər evdən 3 manatdan pul alır:

“Pul verməyən evlərin qapısındakı zibillər götürülmür. Hansı dövrdə yaşıyırıq?  Vətəndaşa belə qayğı göstərirlər?”.

Ərazi üzrə İcra Hakimiyyəti və Bələdiyyə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri