20 
Yan
2020
20:30
164
37
5450
Virtual karabakh

Ukraynada cinayətkar dəstə üzvü olan azərbaycanlı tutuldu

20 Yan, 2020
20:30
5450

Ukraynada cinayətkar dəstə üzvü olan azərbaycanlı tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Nikolayev şəhərində azərbaycanlı tutulub.

Prestupnosti.net-in xəbərinə görə, Məmməd Rzayev “Nərə” adlı cinayətkar dəstənin üzvü olub.

Onun üzvü olduğu cinayətkar dəstə şirkət rəhbərindən hədə-qorxu yolu ilə pul almaqda şübhəli bilinir.

Eyni zamanda onun adı qatarlardan yanacaq oğurlamaqla bağlı da hallanır.

Dəstənin digər üzvləri ilə bağlı məhkəmə qərarı çıxarılsa da, M. Rzayevin tələb etdiyi tərcüməçi tapılmadığından onun məhkəməyə çıxarılması bir neçə gün ləngiyib.

Bu gün baş tutan məhkəmə prosesində prokuror istintaqın hərtərəfli keçirilə bilməsi üçün M. Rzayev barədə həbs-qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə qərarı ilə onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri