20 
Yan
2020
19:43
14
234
5178
Virtual karabakh

Ucarda iki avtomobil toqquşdu: Bir ailənin üç üzvü yaralandı - FOTO/VİDEO

20 Yan, 2020
19:43
5178

Ucarda iki avtomobil toqquşdu: Bir ailənin üç üzvü yaralandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə Rasif Ağamirzə oğlu Seyidovun idarə etdiyi “VAZ-2106” markalı avtomovil toqquşub.

Nəticədə sürücü N. Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmaya İslam qızı Qasımova, qızları, 2008-ci il təvəllüdlü Fəxri Əliyeva və 2012-ci il təvəllüdlü Şəxri Əliyeva müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri