21 
Yan
2020
15:53
13
169
2828
Virtual karabakh

Bu məktəbin istilik sistemləri niyə işləmir? - RƏSMİ AÇIQLAMA

21 Yan, 2020
15:53
2828

Bu məktəbin istilik sistemləri niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləcəri qəsəbəsi 297 saylı orta məktəbdə istilik sistemləri işləmir, uşaqlar soyuq otaqlarda otururlar.

Bu barədə Oxu.Az-a valideynlər məlumat veriblər.

Qeyd olunub ki, yeni il tətili başa çatdıqdan sonra məktəbdə istilik sistemləri işləmir:

“Dəfələrlə bu barədə iradlarımızı bildirmişik. Amma məktəb rəhbərliyi müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıb. Vəziyyət isə dözülməzdir”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirdilər ki, 297 saylı orta məktəbdə istilik sistemləri işləmir:

“Problemə səbəb qış dövrünə keçidlə bağlı 297 nömrəli tam orta məktəbin qazanxanasında təmir işlərinin aparılmasıdır. Yanvarın 15-dən məktəbin qazanxanasında elektrik şitində yaranmış problemlə əlaqədar müvafiq qaydada müraciət olunub.

Problemin aradan qaldırılması üçün hazırda zəruri tədbirlər görülür. Qısa müddətdə məktəbin istilik təchizatında yaranmış problem aradan qaldırılacaq və tədris ocağı istiliklə təmin olunacaq”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri