21 
Yan
2020
15:44
240
12
2778
Virtual karabakh

“HaberGlobal” telekanalında 20 Yanvarla bağlı paylaşımlar rekord baxış topladı - VİDEO

21 Yan, 2020
15:44
2778

“HaberGlobal” telekanalında 20 Yanvarla bağlı paylaşımlar rekord baxış topladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “HaberGlobal” telekanalında 20 Yanvar faciəsinin 30-cu ildönümü geniş işıqlandırılıb. 

Oxu.Az xəbər verir ki, telekanalın “Facebook” səhifəsində faciənin ildönümü ilə bağlı yanvarın 20-də üç geniş material yayımlanıb. 

Səhər saat 10:30-da yayımlanan “Azərbaycanda 20 Yanvar faciəsi xatırlanır. Sovet tanklarının Bakı qətliamına mülki şəxslərin daxil olduğu 20 Yanvar faciəsinin ağrısı 30 il keçməsinə baxmayaraq, sağalmayıb” başlıqlı paylaşıma 664 mindən çox insan baxıb. Videoda 20 Yanvar faciəsinin tarixindən, Azərbaycan xalqının qəhrəmanlığından bəhs edilib. Material səkkiz mindən çox insan tərəfindən paylaşılıb. 

“20 Yanvar Bakı qətliamının 30-cu ili” başlıqlı ikinci paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevin və digər rəsmi şəxslərin Şəhidlər Xiyabanını ziyarət etməsi əks olunub. Video 660 mindən çox izləyici tərəfindən baxılıb və 2500-dən çox insan tərəfindən paylaşılıb.

Üçüncü paylaşım isə “20 Yanvar şəhidləri üçün bir dəqiqəlik sükut” başlığı ilə yayımlanıb. 704 mindən çox insan tərəfindən izlənilən videoda 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi əks olunub. Material 1500-dən çox insan tərəfindən paylaşılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri