21 
Yan
2020
17:47
180
25
4469
Virtual karabakh

Bakıda “əlil maşını” ilə təhlükə yaradan sürücü barədə araşdırmalara başlandı - RƏSMİ

21 Yan, 2020
17:47
4469

Bakıda “əlil maşını” ilə təhlükə yaradan sürücü barədə araşdırmalara başlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əks yola çıxan avtomobilin sürücüsü ilə bağlı araşdırma başlanılıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ərazidə yerləşən kameraya baxış keçirildikdən sonra avtomobil və sürücüsü müəyyən olunacaq:

“Qanunvericiliyə uyğun olaraq, sürücü barəsində tədbirlər görüləcək. Təəssüflər olsun ki, əlillər üçün verilən maşınla da hadisələr törədənlər az deyil. 2019-cu ildə də əlillərin də iştirak etdiyi yol-nəqliyyat hadisələri qeydə alınıb”.

V.Əsədov sürücülərə də müraciət edib.

“Sürücülər qaydalara riayət etməlidirlər. Nə özlərinin, nə də kiminsə həyatını təhlükəyə atmasınlar. Ərazidə polis olmasa da, kimsə onların qayda pozuntusunu çəkir. Bütün bunları nəzərə alıb, qaydaları pozmayın”.

Qeyd edək ki, Bakıda əlillər üçün verilən “OKA” markalı maşının yaşlı sürücüsü əks yola çıxararaq, nəqliyyatın digər iştirakçıları üçün təhlükə yaratması barədə videogörüntü yayılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri