22 
Yan
2020
13:50
113
39
3858
Virtual karabakh

Rusiyada azərbaycanlıların bağladığı saxta nikahlar ləğv edildi

22 Yan, 2020
13:50
3858

Rusiyada azərbaycanlıların bağladığı saxta nikahlar ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada işləmək üçün saxta nikah bağlanan azərbaycanlı ilə bağlı məhkəmə qərarı verilib.

Rv-ryazan.ru-nun xəbərinə görə, Ryazan vilayət məhkəməsi bir neçə saxta nikahı ləğv edib.

Spasski rayon prokurorluğu nikahların etibarsız elan edilməsi barədə məhkəmədə iddia qaldırıb.

Araşdırma zamanı məlum olub ki, Rusiya Federasiyasının vətəndaşları Azərbaycan, Özbəkistan, Vyetnam vətəndaşları ilə nikah bağlayıblar.

Bu nikahların xarici vətəndaşların Rusiyada qalaraq işləməyin qanuniliyini təmin etmək məqsədi ilə bağlandığı müəyyən edilib.

Məhkəmə rayon prokurorluğunun iddialarını təmin edərək əcnəbilərlə Rusiya vətəndaşları arasında bağlanmış nikahları bağlandıqları gündən etibarsız elan edib və nikah qeydiyyatı aktları ləğv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri