23 
Yan
2020
10:17
6
164
4217
Virtual karabakh

Azərbaycanda daha bir həkim səhlənkarlığı iddiası: Müayinə olmağa gələn xəstə öldü

23 Yan, 2020
10:17
4217

Azərbaycanda daha bir həkim səhlənkarlığı iddiası: Müayinə olmağa gələn xəstə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində xəstəxanaya müraciət edən kişi ölüb. 

Qafqazinfo-nun verdiyi xəbərə görə, yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Şamil Nəbiyev müayinə olunmaq üçün Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına müraciət edib.

İlkin məlumata görə, Ş.Nəbiyev həkim səhlənkarlığı nəticəsində orada vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri