25 
Yan
2020
13:30
202
21
3028
Virtual karabakh

Bakıda maşın oğrusu tutuldu

25 Yan, 2020
13:30
3028

Bakıda maşın oğrusu tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, yanvar ayının 20-i saat 15:00 radələrində Yasamal rayonu, Cəfərov qardaşları küçəsindən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü V.Bağırova məxsus “Tofaş” markalı avtomobil qaçırılaraq, başqa ünvana aparılıb. 

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini 1987-ci il təvəllüdlü R.Qurbanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri