25 
Yan
2020
13:40
36
92
3367
Virtual karabakh

Paxıllıq eləmə

25 Yan, 2020
13:40
3367

Paxıllıq eləmə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Başqalarının uğuruna inanmayanlar heç zaman uğurlu ola bilməzlər.  

Elə bir cəmiyyətdə yaşayırıq ki, çox insanın öz fikirlərini başqalarının üzünə deməyə “duxu çatmır”, amma sosial şəbəkələrdə və forumlarda yazmağa ürəklidilər.

Hələ də kimisə tənqid edən status görəndə, altında elə şərhlər yazılır ki, tanımayan, bilməyən də həmin şəxsə qarşı nifrət hiss etməyə başlayır. Bunların səbəbi PAXILLIQdır. İnsanlar özündən üstün birini görəndə, onu alçaltmağa çalışır ki, öz uğursuzluğunu doğrultsun.

O gün xaricdə yaşayan bir həmyerlimizin müsahibəsinin forumda müzakirəsini oxudum. Altında daha nələr yazılmamışdı. Nələr deyəndə ki, ilk şərh neqativ olduğu üçün qalan hamısı da neqativ idi. İndi təsəvvür edin ki, bunu oxuyan şəxs nə qədər stress keçirə bilər. Bir də müzakirə olunan şəxs zəif olarsa, depressiya olar. Bu son zamanlarda “bulling” (“təkləmək” kimi tərcümə olunur) adlanan haldır. 

Paxıllıq - insanda olan ən eybəcər hissdir. Paxıllıq bir müddətdən sonra gözü götürməmək olur, sonradan bu hiss nifrətə çevrilir, nifrət hissi isə intiqam almağa sövq edir. İntiqam - arxasınca danışmaq, şayiələr yaymaqdan başlamış, ayağının altını qazmağa kimi genişlənə bilər. Hətta bəzi hallarda sui-qəsd də olur. Bir çoxları hətta boğazından kəsib, aparıb pulunu cadugərlərə verir ki, onu “yıxsın”.

Cadulara gəldikdə isə, onların etdikləri boş şeydir, ancaq savadsızlardan pul çıxarmaq məqsədi güdür, onların heç bir gücü yoxdur. Güc isə böyük nifrət və ondan yaranan neqativ enerjidir. Həmin neqativ enerji və neqativ düşüncələr o qədər güclü olur ki, qarşıdakı insanın enerji sahəsini dağıdır, onun həyatında problemlərə çevirir. Hamı da elə bilir ki, cadugərin yazdığı kağız parçası bu gücə malikdir. Məhşur dramaturq Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” klassik komediyasının motivləri əsasında çəkilmiş “Dərviş Parisi partladır” filmini yadınıza salın.

Belə insanlar cadugərlərə deyil, psixoloqa müraciət etməlidir. Psixoloqlar beynini təmizləyərək, problemi həll edə bilər. Bütün bu neqativ fikir və hisslər insanın öz həyatını da darmadağın edir. Çünki bu fikirlərlə yaşamaq çox çətindir və insanın özgüvənini aşağı edir. Bu da öz növbəsində özünü bədbəxt hiss etməsinə və uğurzusluqlara gətirir.

İnsanlar tənqid etməyə pərgardılar. Sağlam tənqid yaxşıdır, amma sağa-sola söylənənlər isə yersizdir. Digərlərinin uğuruna sevinmək lazımdır ki, pozitiv fikirlər yaransın. Uğurlu şəxsdən nümunə götürüb öz həyatını yaxşılaşdırmaq lazımdır. Ətrafımızda nə qədər uğurlu insanlar varsa, bizim həyatımız da o qədər keyfiyyətli olacaq.

Enerjinizi və gücünüzü belə neqativ hisslərə və hərəkətlərə sərf etməkdənsə, öz üzərinizdə çalışın və istəyinizə nail olun, uğursuzluğa qapılmayın. 

Lev Nikolayeviç Tolstoy deyib: “Xoşbəxt olan insan başqasına pislik istəməz.”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri