26 
Yan
2020
16:44
377
46
9153
Virtual karabakh

Türkiyədəki zəlzələ zonasından təxliyyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib - YENİLƏNİB

26 Yan, 2020
16:44
9153

Türkiyədəki zəlzələ zonasından təxliyyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib. 

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. 

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportu enib. 

Qeyd edək ki, təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya gətirilib. 

 

15:34

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salınıb. 

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. 

Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb. 

 

15:32

Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatır.  

Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. 

İ.Məmmədov bildirib ki, birinci və ikinci avtobuslar Naxçıvan artıq aeroportuna çatıb. "84 vətəndaşımız burda istirahət edirlər və 3-cü avtobusu gözləyirlər. Üçüncü avtobusumuz isə hazırda Sədərk Gömrük Keçid Məntəqəsindən keçir. Həmin avtobusda da 16 vətəndaşımız var. Onların təxminən 1 saat sonra Naxçıvan aeroportunda olacaqları gözlənilir. Onlar prezidentin tapşırığı ilə Naxçıvana gəlmiş xüsusi təyyarə reysi ilə Bakıya uçacaqlar", - deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri qeyd edib. 

10:00

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. 

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq.

Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar. 

Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri