26 
Yan
2020
10:30
19
199
8096
Virtual karabakh

Xətaidə binanın həyətində aparılan tikinti ilə bağlı komitədən RƏSMİ AÇIQLAMA

26 Yan, 2020
10:30
8096

Xətaidə binanın həyətində aparılan tikinti ilə bağlı komitədən RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında, “Şəms” şadlıq evinin arxasında prospektə çıxışı olmayan və 269 saylı məktəbin önündə inşa edilməsinə hazırlıq görülən tikinti ilə bağlı məlumat vermişdik.  

Sakinlər tikintiyə hazırlıq işlərinin davam etdiyini desə də, Xətai Rayon İcra Hakimiyyəti mövzu ilə əlaqədar redaksiyamıza açıqlamasında ərazidəki işlərin dayandırıldığını bildirib.  

İddiaya görə, sözügedən ünvandakı kiçik ərazi özəl mülkdür.  

Oxu.Az məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərib.  

Komitədən göndərilən cavabda qeyd olunub ki, həmin ərazi 2015-ci ildə vətəndaşın istifadəsinə verilib: 

“Xətai rayonu, Gəncə prospekti 2942A ünvanında yerləşən torpaq sahəsi 2015-ci ildə Bakı şəhər İH tərəfindən yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə sərəncamla vətəndaşın istifadəsinə verilib. Həmin ərazidə yaşayış binasının tikintisinin planlaşdırılması ilə bağlı Komitəyə müraciət olunub. Hazırda şəhərsalma normalarının tələbləri nəzərə alınmaqla layihəyə baxılır”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri