26 
Yan
2020
12:12
152
47
4260
Virtual karabakh

Tbilisidə iki Azərbaycan vətəndaşı narkotiklərlə saxlanılıb

26 Yan, 2020
12:12
4260

Tbilisidə iki Azərbaycan vətəndaşı narkotiklərlə saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, saxlanılan şəxslər böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilir. 

1985-ci il təvəllüdlü X.N. və 1982-ci ildə doğulmuş N.Q. Kvemo-Kartli  Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.  

Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb. 

Onları 20 ilə qədər həbs cəzası gözləyir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri