26 
Yan
2020
12:52
39
413
28412
Virtual karabakh

Qəbələ yolundakı dəhşətli qəzada ölənlərin sayı artıb - Yaralıların adları bilindi

26 Yan, 2020
12:52
28412

Qəbələ yolundakı dəhşətli qəzada ölənlərin sayı artıb - Yaralıların adları bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var. 

APA-nın yerli bürosunun məlumatına görə, Muğanlı-İsmayıllı yolunun Bizlan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. 

Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb. 

Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Digər yaralıların təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparıldığı bildirilir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri