26 
Yan
2020
13:15
22
544
16616
Virtual karabakh

Qəbələ yolundakı dəhşətli qəzada bir ailənin üç üzvü ölüb

26 Yan, 2020
13:15
16616

Qəbələ yolundakı dəhşətli qəzada bir ailənin üç üzvü ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllıdan Qəbələyə turist aparan avtobusun qəzaya uğraması nəticəsində ölən şəxslərin adları bəlli olub.  

APA-nın yerli bürosunun məlumatına görə, ölən üç nəfər bir ailənin üzvləridir. 

Qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb. 

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb. 

Qeyd edək ki, bu gün Muğanlı-İsmayıllı yolunun Bizlan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu və “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, 15-ə qədər adam isə yaralanıb.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri