27 
Yan
2020
10:36
14
119
2906
Virtual karabakh

Ötən il nikaha girənlərin də, boşananların da sayı artıb

27 Yan, 2020
10:36
2906

Ötən il nikaha girənlərin də, boşananların da sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə 58 min 317 nikah bağlanıb.

Bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınıb. 

2019-cu ildə Azərbaycanda boşanmaların sayında da artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur. 

2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri