27 
Yan
2020
14:58
18
106
2754
Virtual karabakh

Baş nazirin turizmlə bağlı qərarı nələri dəyişəcək?

27 Yan, 2020
14:58
2754

Baş nazirin turizmlə bağlı qərarı nələri dəyişəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərarını şərh edib. 

Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib ki, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə etməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin, yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün “Turizm reyestrinin aparılma Qaydası” zəruridir.

“Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehtiva edəcək.

Turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcək”, - deyə bildirilib. 

Qeyd olunub ki, turizm reyestrinin statistikası modulu çərçivəsində Turizm Reyestri istifadəçilərinə turizmlə bağlı gəlmə, getmə, daxili turizm haqqında statistik məlumatlardan istifadə etmək imkanı təmin ediləcək.

Həmçinin, turizm şirkətləri ilə bağlı reyestr məlumatları digər dövlət qurumları ilə real rejimdə mübadilə nəticəsində yenilənəcək. 

Bildirilib ki, interaktiv portalda turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək.  

Modul əsasında turizm subyektlərinin təqdim etdiyi məlumatlar əlaqədar qurumların informasiya sistemləri ilə yoxlanılıb qiymətləndiriləcək, reytinq cədvəli hazırlanacaq. Beləliklə, onların daha yaxşı xidmət göstərməsi təşviq ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri