28 
Yan
2020
10:59
11
108
3892
Virtual karabakh

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: “Fala baxmaq, bəxt açmaq...” - FOTO

28 Yan, 2020
10:59
3892

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: “Fala baxmaq, bəxt açmaq...” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə, xüsusən “Instagram” platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır. Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar.

Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur.

Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri