28 
Yan
2020
15:10
65
154
3301
Virtual karabakh

Səfir: Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına icazə verilmir

28 Yan, 2020
15:10
3301

Səfir: Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına icazə verilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda diqqət mərkəzində, əsasən, koronavirusun yayılmağa başladığı Vuhan şəhərindəki azərbaycanlı tələbələrdir”.

Report xəbər verir ki, bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV-nin birbaşa yayımında bildirib.

“Onlarla mütəmadi əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanırıq. Vuhandakı tələbələr qaldıqları mənzillərdən, yataqxanalardan çıxa bilmədikləri üçün daha çətin vəziyyətdədirlər. Yataqxanada qalanlar yeməkxanaya gedib çörək yeyə bilirlər, mənzil tutanlar isə özləri ərzaq tədarükü görüblər”, - səfir deyib.

O, Vuhan şəhərində rəsmi olaraq karantin elan edildiyini bildirib.

“Çin hökuməti hazırda bu karantin bölgəsindən vətəndaşların çıxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir, amma buna baxmayaraq, Azərbaycan vətəndaşlarını oradan çıxarmaq haqqında ciddi düşünürük və danışıqlar aparırıq.

Azərbaycan hökuməti oradakı tələbələrimizin vəziyyətinə çox ciddi yanaşır. Ümid edirik ki, yaxın zamanda müsbət nəticə əldə edəcəyik”, - diplomat fikrini tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri