28 
Yan
2020
17:44
21
196
4427
Virtual karabakh

Qəsəbə yollarından növbəti şikayət: “Palçıqdan addım atmaq mümkün deyil” - FOTO

28 Yan, 2020
17:44
4427

Qəsəbə yollarından növbəti şikayət: “Palçıqdan addım atmaq mümkün deyil” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt sakinlərinin ən ciddi problemlərindən biri paytaxt və qəsəbədəki yararsız vəziyyətdə olan yollardır. Daha bir şikayət isə Suraxanı rayonunda yaşayan sakinlərdən gəlib.

Oxu.Az-ın redaksiyasına göndərilən şikayətdə söhbət rayonun Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivi, 14 və 15-ci döngələrdən gedir.

Sakinlər iddia edir ki, yollarda palçıqdan addım atmaq mümkün deyil:

“Neçə dəfə İcra Hakimiyyətinə müraciət ünvanlamışıq. Şikayətlərimizə baxan yoxdur. Artıq 20 ilə yaxındır ki, yollarımız bərbad gündədir. Yeni icra başçısı təyin olunduğunda problemlərə baxılacağına ümid etsək də, ümidlərimiz boşa çıxdı”.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri