31 
Yan
2020
17:24
409
71
24343
Virtual karabakh

Vilayət Eyvazov general Həsən Şirinovu işdən çıxardı

31 Yan, 2020
17:24
24343

Vilayət Eyvazov general Həsən Şirinovu işdən çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.

H.Şirinov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Daxili işlər orqanlarında uzun müddət xidmətlərini, dövlətçilik prinsiplərinə sadiqliyini, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində fərqləndiyini nəzərə alaraq, habelə anadan olmasının 70 illiyi münasibətilə BŞBPİ rəisinin maddi-texniki təminat üzrə müavini polis general-mayoru Həsən Şirinov Daxili İşlər Nazirliyini “Fəxri Fərmanı” ilə təltif olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Report yayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri