Fev
2020
10:13
79
32
2106
Virtual karabakh

Agentlik rəsmisi: Qəsəbədaxili küçələrin vəziyyəti ilə icra strukturları maraqlanmalıdır

3 Fev, 2020
10:13
2106

Agentlik rəsmisi: Qəsəbədaxili küçələrin vəziyyəti ilə icra strukturları maraqlanmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ceyranbatan qəsəbəsində daxili yollar və küçələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında deyil. Həmin yolların nə üçün bərbad vəziyyətdə olması, təmir olunmaması sırf yerli icra strukturlarına aid məsələdir.

Bunu Oxu.Az-a açıqlamasında AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Qarabağ şəhidi Əvəz Paşayevin adını daşıyan küçənin bərbad vəziyyətdə olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlət başçısı respublika ərazisində yolların yüksək səviyyədə təmiri ilə bağlı imzaladığı sərəncamlarda qəsəbədaxili yollara daha çox diqqət ayrılmalı olduğunu da vurğulayıb:

“Artıq uzun illərdir vətəndaşlar tərəfindən qəsəbədaxili yollarda, küçələrdə olan problemlərlə bağlı narazılıqlar var. Qəsəbədaxili yolların təmirə ehtiyacı var. Lakin bu məsələyə birmənalı olaraq, yerli icra strukturları baxır.

Bildiyiniz kimi, yanvar ayının 9-da dövlət başçısı Abşeron rayonu ərazisinə düşən avtomobil yollarının tikintisi və yenidən qurulması üçün sərəncam imzaladı.

Sərəncama görə, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 19,7 milyon vəsait ayrılıb. Həmin sərəncama əsasən artıq işlərə başlanılıb”.

A.Nəcəfli 2023-cü ilə qədər respublika ərazisində təmirsiz yolların qalmayacağını da bildirib:

“Artıq Ceyranbatan qəsəbəsində H.Əliyev küçəsinin təmirinə başlanılıb. Amma bu, o demək deyil ki, bu işlər tək bir küçənin təmiri ilə yekunlaşacaq. Paralel olaraq, Mehdiabad, Saray qəsəbələrində də yollarda təmir işlərinə başlanılıb.

Qarşıda investisiya proqramına daxil olan başqa yolların da təmiri gözlənilir. 2023-cü il də daxil olmaqla investisiya proqramı çərçivəsində qarşıya qoyduğumuz məqsədə uyğun olaraq, respublika ərazisində təmirsiz nə bir küçə, nə də yol qalmayacaq”.   

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri